İran, İsveçrə üzərindən ABŞ-a verdiyi etiraz notasında, Səudiyyə Ərəbistanının neft obyektlərinə təşkil edilən hücumlar ilə əlaqədar irəli sürülən ittihamları rədd edərək, istənilən hücuma cavab veriləcəyi xəbərdarlığını edib.
Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumdan sonra ABŞ rəsmiləri İranı günahlandırıb.
Tehran ilə Vaşinqtonun arasında diplomatik fəaliyyət İsveçrə vasitəsilə aparılır.