iranin-xin-bascisinin-azerbaycana-seferi-baslayib

İranın XİN başçısının Azərbaycana səfəri başlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək. 

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.

10:05

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlir.

Səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.

İranın XİN başçısının Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək: “Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, sabit və inkişafa meyllidir.

Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.

Səfər çərçivəsində C.Bayramovla H.Ə.Abdullahian birgə mətbuat konfransı keçirəcəklər.

Report