Epidemiya müddətində, bütün dünyada evdən iş sisteminə keçilməsi, video konfrans tətbiqlərinə olan tələbi artırıb. Bu dövrdə ulduzu parlayanlardan biri Zoom proqramıdır.
İnsider.az xəbər verir ki, son 3 həftədə Zoom-un istifadəçilərinin sayı 300 milyona yüksəlib.
Zoom-un Nyu York birjasında səhmlərinin qiyməti yenidən artaraq 150.25 dolları görüb.
Bir çox təhlükəsizlik açıqlarının olduğu iddialarına baxmayaraq böyüməsini davam etdirən Zoom, imicini düzəltmək üçün bəzi addımlar da atıb. Şirkət Facebook-un keçmiş təhlükəsizlik şefi Alex Stamosu işə qəbul edib. Şirkətə məsləhət xidmətləri göstərən Google-ın keçmiş gizlilik texnologiyası mütəxəssisi Lea Kissner isə, Zoom 5.0 ilə sənayedəki digər şirkətlərin istifadə etdiyi 256 bitlik şifrələmə texnologiyasına keçiləcəyini açıqlayıb. Yenilənmə 30 Mayda yayımlanacaq.
Xatırladaq ki, yanvar -mart dövründə Netflixin cəmi abunəçilərinin sayı da 15,8 milyon artımla 182,9 milyona çatmışdı.
Marja