isvec-mehkemesi-assanji-qiyabi-olaraq-hebs-etmekden-imtina-edib

İsveç məhkəməsi Assanjı qiyabi olaraq həbs etməkdən imtina edib

İsveçdə məhkəmə prokurorluğun “WikiLeaks” təsisçisi Cylian Assanjın qiyabi həbsi barədə sorğunu rədd edib. İnsider.az bu barədə yerli “The Local” nəşriyyatına istinadla xəbər verir.

“Hal-hazırda dindirmənin aparılması üçün Assanjın qiyabi həbsi münasib hesab edilmir”, — deyə Uppsala şəhərinin məhkəməsi bəyan edib. Məhkəmə qərarına baxmayaraq Assanja qarşı istintaq davam edir.

Culian Assanjın vəkili Per Samuellson bəyan edib ki, Assanj İsveçə gələ bilər, onun istintaqdan gizlədəsi bir şeyi yoxdur və “Çox güman, o, İsveçə istintaqla əməkdaşlıq etmək üçün gələcək” deyə əlavə edib.

Xatırladaq ki, “WikiLeaks” təsisçisi London yaxınlığında ağır cəzaçəkmə müəssisəsi olan Belmarş həbsxanasında saxlanılır.

Samirə Məmmədova