isvec-prokurorlugu-assanjin-hebsine-order-teleb-edib

İsveç prokurorluğu Assanjın həbsinə order tələb edib

İsveç prokurorluğu Uppsala şəhərinin rayon məhkəməsindən “WikiLeaks” təsisçisi Culian Assanjın qiyabi həbsinə order tələb edib. İnsider.az-ın məlumatına görə, bu brədə qurumun saytında deyilir.

Baş dairəvi prokurorun müavini Eva-Mari Persson bildirib ki, məhkəmə həbs qərarını qəbul etsə, o zaman Assanjın həbsinə Avropa orderi veriləcək.

O, əlavə olaraq qeyd edib ki, ABŞ-ın sorğusu ilə Assanjın ekstradisiya ehtimalı da olduğu üçün Böyük Britaniya höküməti prioritetlik qaydası ilə qərar verəcəklər.

Xatırladaq ki, Culian Assanj ötən ay Londonda Ekvadorun Assanjı siyasi sığınacaqdan mərum etdikdən sonra həbs olunub.

Samirə Məmmədova