isvecde-pilotsuz-einride-elektrik-yuk-masinlari-ise-dusdu

İsveçdə pilotsuz “Einride” elektrik yük maşınları işə düşdü

İsveçin “Einride” startapına məxsus pilostsuz “T/Pod” elektrik yük maşınları ümumi istifadə yolları üzrə gündəlik yükdaşımalara başlayıb. “Einride” “DB Schenker” təchizat şirkətilə əməkdaşılq barədə razılığıa gəlib. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.

“T/Pod”-lar Yönçöpinqdəki sənaye zonasında anbar-terminal arası qısa gedişlər edə bilərlər. Yük maşınlarının sürəti 5 km/s-ı keçməməlidir. “Einride” bildirib ki, 2020-ci ildə şirkət daha böyük marşrut sayına icazə əldə etməyə ərizə verəcək. O, həmçinin ABŞ-a çıxmağı da planlaşdırır.

“Schenker”-dən başqa, startapın “T/Pod”-lara “Lidl” alman supermarketləri şəbəkəsindən, “Svenska Retursystem” icveç kuryer xidmətindən və “Fortune 500” siyahısından olan beş pərakəndə şirkətlərindən sifarişləri var. Agentlik qeyd edir ki, bu, “Einride”-ın 2020-ci ilin sonuna 200 avtomobili istismara vermə niyyətini təsdiq edir.

“T/Pod Einride” tam yükləmə ilə 26 tondur və sürətini 85 km/s artırır. Yük maşını bir akkumulyator enerji ehtiyyatı ilə 200 km gediş edə bilər. “T/Pod” avtomobili əhatə edən fəza barədə məlumat emalı üçün “Nvidia” platformasını istifadə edir. Maşında quraşdırılmış əməliyyat sistemi daha effektiv marşrutu müəyyən edir və ona real zamanda düzəliş edir.

Qeyd edək ki, avtomobilin sürücü kabinası mövcud deyil, lakin zərurət yarandıqda, distant idarəetməni öz üzərinə operator götürə bilər. O, eyni vaxtda ona qədər yük maşının hərəkətini idarə edə bilər.

Samirə Məmmədova