Axtarış və xilasetmə itlərinin kilometrlərlə uzaqdan belə əmr ala bilmələrinə imkan verən ağıllı gödəkçə hazırlanıb.
İtlər inanılmaz dərəcədə ağıllı heyvanlar olduğu üçün danışılan sözlərdən və ya fitdən vizual istəklərə qədər hər şeyi aşkarlaya bilər və müxtəlif tapşırıqlara öyrədilə bilərlər. Ancaq lazımi təlimatları vermək üçün itlərin yanında olmaq vacibdir.
İnsider.az Türkiyə mediasına istinadən xəəbər verir ki, tədqiqatçılar bu problemi aradan qaldırmaq üçün yeni bir jilet ixtira ediblər. İtlərə müxtəlif titrəyişlər yolu ilə əmr verə bilmək üçün ağıllı bir gödəkçə hazırlayan tədqiqatçılar kilometrlərlə uzaq məsafədən onlara əmr verə biləcəklər.
Qrup bu gödəkçə sayəsində itlərin eyni bölgəsinə göndərilən fərqli titrəyişləri rahatlıqla ayırd edə bildiyini aydınlaşdırıb. Məsələn, itin fırlanması üçün ön tərəfə bir titrəşmə göndərən tədqiqatçılar, itin geriyə getməsi üçün yenə eyni nöqtəyə lakin bu dəfə şiddətli titrəyişlər göndərib
Köpək eyni bölgənin titrəməsinə baxmayaraq, iki vibrasiya arasındakı fərqi asanlıqla ayırıb və verilən əmrlərə əməl edib.
Tədqiqat qrupu indi bu jiletləri müxtəlif növ itlərdə sınayacaq və necə reaksiya verəcəyini müəyyənləşdirəcək. Əgər hər şey yolunda gedərsə bu ağıllı gödəkcələr gələcəkdə satışa çıxarılacaq.
Nübar Lətifli