jaguar-dan-tam-elektrikli-avtomobil-istehsali-plani

Jaguar-dan tam elektrikli avtomobil istehsalı planı

Jaguar Land Rover şirkəti 2039-cu ilədək yeni qlobal strategiyasını açıqlayıb.

Şirkət, lüks avtomobil markası Jaguar-ın 2025-ci ildən etibarən tamamilə elektrikli avtomobil istehsalçısına çevirməyi planlaşdırdırır.

Bütün Jaguar Land Rover modellərinin 2030-a qədər tamamilə elektrikli olmasının nəzərdə tutulduğu qeyd edilən açıqlamada, gələcək 5 il ərzində tamamilə elektrikli 6 Land Rover modelinin istehsalının, ilk elektrikli Land Rover modelinin isə 2024-cü ildə təqdim edilməsinin hədəfləndiyi bildirilib.

Açıqlamada, şirkətin təxminən 2,5 milyard sterlinq (təxminən 3,5 milyard dollar) sərmayə yatıracağı da qeyd edilib.

Lüks avtomobil markalarından Bentley Motors da keçən ilin noyabr ayında, 2030-a qədər tamamilə elektrikli modellər istehsal edəcəyini açıqlamışdı.

ABŞ-ın avtomobil istehsalçısı General Motors (GM) isə keçən ay, 2035-ə qədər benzinli və dizel vasitə istehsalını dayandıraraq yalnız elektrikli avtomobil istehsal etməyi planlaşdırdığını açıqlamışdı.