jeff-bezosdan-verginin-artirilmasina-destek

Jeff Bezosdan verginin artırılmasına dəstək

Dünyanın ən varlı insanı, Amazonun qurucusu və Baş direktoru Jeff Bezos, mənfəət vergisinin 21%-dən 28%-ə yüksəldilməsini nəzərdə tutan, ABŞ Prezidenti Co Baydenin (Joe Biden) yeni vergi planını dəstəklədiyini açıqlayıb. 

"Baydenin Amerikadakı infrastruktur sərmayələrini artırmağa fokuslanmasını dəstəkləyirik" deyən Bezos, Demokratlar və Respublikaçıların keçmişdəki kimi bir araya gələrək bu layihənin reallaşmasını təmin etməsi üçün doğru zaman olduğunu söyləyib.

Bu sərmayələr üçün bütün iştirakçılardan dəstək lazım olduğunu qeyd edən Bezos,"Mənfəət vergisinin artırılmasını dəstəkləyirik" deyib.