jurnaliste-nazirlikde-vezife-verildi-yeni-teyinat

Jurnalistə nazirlikdə vəzifə verildi - YENİ TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

İnsider.az xəbər verir ki, Elşən Allahverdiyev  Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Eləcə də bax:DOST mərkəzlərinə cəlb olunan – KÖNÜLLÜLƏRİN SAYI AÇIQLANIB
Məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib. 

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, “CDB Bank” və “Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə  Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.

FED.az