Azərbaycan Respublikasının Prezidenti "K.B.Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında" sərəncamı imzalayıb.
İnsider.az xəbər verir ki, Sərəncam ilə, Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
Prezidentin digər bir sərəncamı ilə, Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.