kanadadan-huawei-ve-zte-ye-5g-qadagasi

Kanadadan Huawei və ZTE-yə 5G qadağası

Kanada Çinin Huawei Technologies və ZTE Corp texnologiya şirkətlərinin 5G avadanlıqlarının istifadəsini qadağan edəcək.

ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya daha əvvəl Huawei və ZTE avadanlıqlarını qadağan etmişdi.

Kanadanın sənaye naziri Fransua-Philippe Şampan Ottavada jurnalistlərə deyib: "Biz Huawei və ZTE-ni 5G şəbəkələrimizdən çıxarmaq niyyətindəyik. Bu avadanlığı quraşdıranlar onun istifadəsini dayandırmalı və bu gün elan etdiyimiz planlara uyğun olaraq onu çıxarmalı olacaqlar".

Şampan bəyan edib ki, şirkətlər 2024-cü ilin iyun ayına qədər Huawei və ZTE-yə məxsus 5G avadanlıqlarından istifadəni dayandırmalı olacaqlar. 4G avadanlıqlarından istifadə edən şirkətlər 2027-ci ilin sonuna qədər bu avadanlıqdan istifadəni dayandırmalıdırlar.