kecmis-nazir-muavinine-yeni-vezife-verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.

O, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə, onun yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.

Report