kiv-facebook-reklama-baxisa-gore-istifadecilere-odenis-ede-biler

KİV: “Facebook” reklama baxışa görə istifadəçilərə ödəniş edə bilər

“Facebook” sosial şəbəkəsində alışla və ya kontentlə qarşılıqlı təsirlə nəticələnmiş reklama baxışa görə istifadəçilərə ödəniş etmək imkanı nəzərdən keçirilir. İnsider.az bu barədə “The Wall Street Journal”-a istinadla xəbər verir.

Hal-hazırda şirkət “Mastercard” və “Visa” şirkətlərilə istifadəçilərin ala və internet-mağazalarda onu mallar və xidmətlərin ödənişi üçün istifadə edə biləcəkləri kriptovalyuta tərtibatını müzakirə edirlər.

Qəzet qeyd edir ki, ümumi investisiyalar, demək olar, bir milyard dollar təşkil edəcək.

Əgər belə təşəbbüs uğur gətirsə, bu, elektron kommersiyanın ənənəvi və gəlirli sistemini dağıda bilər və güman ki, kriptovalyutanın ən yayılmış tətbiqi olar.

Samirə Məmmədova