“Twitter” amerikalı biznesmen İlon Maskı məhkəməyə verib.
Bu barədə “The New York Times” qəzeti yazıb.
Bildirilib ki, şirkətin iş adamını məhkəməyə verməkdə başlıca məqsəd onu kompaniyanı satın almağa vadar etməkdir.
Xatırladaq ki, “Twitter” amerikalı milyarder İlon Maskı alqı-satqı müqaviləsini ləğv etdiyi üçün məhkəməyə verəcəyini açıqlamışdı. İ.Maskın sözlərinə görə, sosial şəbəkə saxta və spam hesabların sayını aşağı qiymətləndirərək onların sayının istifadəçilərin 5 %-ni keçmədiyini bildirib.
Qeyd edək ki, İlon Mask amerikalı sahibkar, mühəndis və milyarderdir. O, “SpaceX” kosmik şirkətinin təsisçisi, baş direktoru və baş mühəndisidir. Eyni zamanda, biznesmen “Tesla” şirkətinin investoru, baş direktoru və memarıdır. Bundan başqa, İ.Mask “The Boring Company”nin təsisçisi və “Neuralink” və “OpenAI”nin həmtəsisçisi.
Report