Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb.
İnsider.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, H.Hüseynovanın sədr vəzifəsinin icrasını dayandırması onun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır: "Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrası sədr müavinləri - Sədaqət Qəhrəmanova və Aynur Sofiyevaya tapşırılıb. Hələ ki, Hicran Hüseynova imzatoplama mərhələsindədir".
Qeyd edək ki, H.Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.