kosovonun-musteqilliyinin-taninmasi-geri-cagirilir

Kosovonun müstəqilliyinin tanınması geri çağırılır

Afrikanın Toqo dövləti Kosovonun müstəqilliyinin tanınmasını geri çağıran 15-ci dövlət oldu. İnsider.az bildirir ki, bu barədə “PTC” teleradioşirkətinə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bəyan edib.

Onun sözlərinə görə, rəsmi Belqrad Kosovonun tanınmasının geri çağırılması üzrə fəaliyyətini davam etdirəcək.

Daçiç qeyd edib ki, Toqodan başqa Kosovoya dair öz mövqeyini artıq MAR, Palau Respublikası, Madaqaskar, Solomon adaları, Lesoto, Surinam, Qranada, Komor Adaları Birliyi, Burundi, Dominika Birliyi, San-Tome və Prinsipi, Liberiya, Qvineya-Bisau, Papua-Yeni Qvineya bildirib.

Samirə Məmmədova