Kredit ittifaqları bank əməliyyatı aparmaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada bundan belə Mərkəzi Bankdan lisenziya almalıdır.
Bununla bağlı məqam Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikdə yer alır.
Qanunda deyilir:
“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32, № 6, maddə 993, № 8, maddə 1366; 2021, № 7, maddə 704, № 12, maddə 1298; 2023, № 3, maddə 334) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddə üzrə:
1.1. 8-ci hissədə “bank əməliyyatı aparmaq” sözləri “bu Qanunun 4-cü maddəsinə uyğun olaraq kreditlərin verilməsi” sözləri ilə və “maliyyə bazarlarına nəzarət orqanından” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra ‒ Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;
1.2. 9-cu və 10-cu hissələrdə “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
“11. Kredit ittifaqlarının fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.
2. 9-cu maddənin 1-ci hissəsinin ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin.
3. 15-1.1-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin.
4. 17-ci maddə üzrə:
4.1. 2-ci hissəsinin ikinci cümləsində və 5-ci hissədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
4.2. 3-cü hissədə hər iki halda “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin və həmin hissədə birinci halda “və” sözü “və ya” sözləri ilə əvəz edilsin.
5. 18-ci maddənin 2-ci hissəsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.
6. 22-ci maddənin 6-cı hissəsindən “bank fəaliyyəti üçün” sözləri çıxarılsın”.