leki-qebele-demir-yolu-xettinin-tikintisi-ile-bagli-elave-tedbirler-haqqinda-serencam-imzalanib

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyev  "Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki, Sərəncam ilə, Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 45 milyon manat ayrılıb.

Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisinə 2018-ci il dövlət büdcəsindən 30 milyon manat ayrılmışdı.

Ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43 km olan yeni dəmir yolu xətti tikilir.