lenovo-dan-yenilik

“Lenovo”-dan YENİLİK

“Lenovo” “ağıllı” kompüter mausunu təqdim edib. Yeni qadcet mətnləri tərcümə edir. İnsider.az bu məlumatı “Gizmochina”-ya istinad edir.

Mausu Çinin “Keda Xunfei” startapının nitq tanıma, sinxron daxil etmə və mətn tərcüməsi proqramı ilə təchiz ediblər.

Hələ ki, cihaz müxtəlif çin dialektlərində və ingilis dilində mətnləri səslə daxil etməyə imkan verir, tərcüməni isə fransız, yapon, alman və daha 26 dilə edir.

Bundan başqa, maus avtomatik olaraq, şəbəkədən lüğətləri yükləyərək, onları yeniləyir və dəqiq nitq müəyyən etmə üçün dərindən öyrənır.

Bildirilir ki, belə qadcetin qiyməti bazarda 43 dollara olacaq.

Samirə Məmmədova