Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kollona ilə görüşüb.
Bu barədə Leyla Abdullayeva “Twitter”də bildirib.
“Avropa və xarici işlər naziri xanım Katrin Kollonanın diplomatik korpusuna xoş arzularla” – deyə azərbaycanlı diplomat vurğulayıb.
Qeyd edək ki, Leyla Abdullayeva bir neçə gün əvvəl etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.