libra-kriptovalyuta-deyil-neye-gore-bitcoin-facebook-layihesinden-ustundur

“Libra” kriptovalyuta deyil – nəyə görə “Bitcoin” “Facebook” layihəsindən üstündür

“Libra” bütün dünyanın güvənmədiyi şirkətin yaratdığı verilənlər bazasıdır. İnsider.az-ın məlumatına görə, bunu “CoinShares” şirkətinin strategiya üzrə baş direktoru Meltem Demirors bəyan edib.

“FXStreet” yazır ki, onun sözlərinə görə, “Facebook”un layihəsi “yüksək mərkəzləşdirilmiş” strukturu hesabına kriptovalyuta sayılmır, sikkə özü aktiv deyil, digər aktivlər tərəfindən dəstəklənir ki, bu da istifadəçilər üçün fundamental risklər törədir.

““Bitcoin” desentralizasiya olunub, heç kim şəbəkəni kontrol edə və ya tranzaksiyalara senzura qoya bilmir. “Libra” isə əksinə, “Libra Associations”a daxil olan özəl təşkilat qrupu tərəfindən idarə olunur”, — Demirors vurğulayır .

O, əlavə edib ki, “Bitcoin” şəbəkəsi artıq on ildir ki çalışır və o, blokçeynin insanlar tərəfindən uğursuz nəzarətə götürmək cəhdləri ilə test olunub.

“Libra”nın tərtibatı hazırda ilkin mərhələdədir, onun işə salınması növbəti ilin ilk rübünə planlaşdırılır, lakin müddət bir neçə dəfə ertələnə bilər.

Samirə Məmmədova