linkedin-rebrendinq-kecirib-ve-sekilleri-deyisib

“LinkedIn” rebrendinq keçirib və şəkilləri dəyişib

“LinkedIn” peşəkar sosial şəbəkəsi rebrendinq keçirib, loqosunu, firma şriftlərini, formasını və rəng palitrasını yeniləyib.
İnsider.az-ın məlumatına görə, şirkət dəyişiklikləri ayrı saytda təqdim edib.

Köhnə loqo

Yeni loqo

Yeni rəng palitrası və şrift

Yeni qrafik elementlər

“AdWeek”-in yazdığına görə, “LinkedIn” 2017-ci ildən bəri  rebrendinq üzərində işləyir. Şirkət tədricən əsas saytın firma üslubunu yeniləyəcək. Əsas formalar sosial şəbəkədəki “i” hərfinə istinad edən düzbucaq və dairə olacaq.

Yeni şəkillər nümunəsi

Nəşriyyat yazır ki, sosial şəbəkənin əsas hissəsi axıcı şəkillərin real iş mühitindəki insanların peşəkar şəkillərilə əvəzlənməsidir. “LinkedIn”-in bazasında minlərlə yeni şəkillər mövcuddur.

Samirə Məmmədova