Maliyyə və marketinq sahəsindəki məsləhətçilər, startap təsisçiləri və eskpertlər üçün “Up&Out” qapalı karyera platforması işə salınıb. İnsider.az bu barədə “Rusbase”-ə istinadla xəbər verir.
Servisin interfeysi özündə iş axtarışı üzrə sayt və sosial şəbəkə ahəngini ehtiva edir. Şirkətdə bunu “Tinder”, “Linkedin” və “hh.ru” qarışığı adlandırırlar.
“Ani ismarışlar vasitəsilə, qəliz çoxpilləli işə götürülmə və ya namizəd axtarışı prosseslərindən yan qaçaraq, birbaşa tanış olmaq, ekspert rəyi ilə mübadilə etmək və ya əməkdaşlıq barədə razılaşmaq mümkündür”, - şirkətdən bildirilib.
İstifadəçi profilinə “layk” qoymaq, onu seçilmişlər siyahısına əlavə etmək və ya dərhal dialoqa keçmək olur.
Servisin təsisçisi Anastasiya Yuxtmaxer bildirir ki, “rəqəmsallaşma dövründə rekrutinq agentlikləri çoxdan ötən əsrdə qalıb və bazara "out of the box” (yəni qeyri-standart) bir şey lazımdır”.
“Up&Out” servisi “Directual” platformasında “low-code” üzərində tərtib olunub. Platformaya giriş əldə etmək üçün ərizə vermək və onun təsdiqini gözləmək lazımdır. “Up&Out”-dan qeydiyyatdan keçmiş profilin, üstəlik həm istifadəçilərin, həm də vakansiyaların özünün konfidensiallığının təminatına söz verirlər.
Qeyd edək ki, “Up&Out” üç il ərzində beta-versiya rejimində işləyib. Hal-hazırda platformada Rusiyanın startaplarından, banklarından, konsaltinq şirkətlərindən olan vakansiyalar toplanıb. Platformanın öz məlumatına görə, servisin xidmətlərilə 10 mindən çox namizəd faydalanır.
Samirə Məmmədova