“Mail.ru” poçtunun alqoritmi qeyri-aktual və təngəgətirən məktubların kütləvi göndərilməsini müəyyən etməyi öyrənib – o, istifadəçilərə belə məktubların abunəliyini ləğv etməyi təklif edəcək. İnsider.az bu barədə “Rusbase”-ə istinadla məlumat verir.
Alqoritmlər məktublara olan reaksiyanı təhlil və yadda saxlamağı öyrənib Məsələn, əgər istifadəçi məktubları açmadan daima silirsə və ya sadəcə hansısa şirkətdən gələn ismarışlara uzun müddət əhəmiyyət vermirsə, “Mail.ru” bu cür abunəlikləri ləğv etməyi təklif edəcək.
Bunun üçün bir dəfə düyməyə basmaqla eyni ünvandan gələn bütün məktubları birbaşa silmək olacaq.
Servis yeni web-interfeysdə, həmçinin “iOS” və “Android” üçün mobil tətbiqlərdəki “Mail.ru” poçtunun bütün müştərilərinə əlçatandır.
Samirə Məmmədova