“Mail.ru Group” şirkəti yeni “MyTeam” korporativ messencerini işə salıb. Şirkət messencerin ayarlarının məlumat sızıntısının qarşısını almağa kömək etdiyini bildirib.
İnsider.az bu barədə “Kommersant”-a istinadla xəbər verir.
Şirkətin ismarışında deyilənə görə, messencerdə həmkarlarla qrup çatlarında rahat ünsiyyətdə olmaq və rutin məsələləri qaydaya salmaq mümkündür. Bundan başqa, “rahat sinxronlaşdırma bulud sistemi sayəsində əməkdaşların istənilən cihazlarda yazışma fayllarına çıxışı” olacaq.
Qeyd olunur ki, yazışma və fayllara çıxış ancaq şirkət əməkdaşlarında olacaq. Əgər çatın iştirakçılarında kimsə işdən azad olunsa, o, çatdan xaric olunma avtomatik baş verdiyi üçün yazışma tarixini və ya ümumi sənədləri aça bilmyəcək.
Messencerin istifadəçiləri müxtəlif formatda fayllarla mübadilə edə, audio- və videozənglər (o cümlədən qrup zəngləri) edə, həmçinin çat-botları yarada bilərlər. Messencerin tarif xəttində ödənişli və ödənişsiz versiyalr əlçatandır. Pulsuz tarifə bütün standart funksiyalar daxildir, genişləndirilmiş versiyaya isə platforma əməkdaşlarının əlavə texniki dəstəyi və təşkilatın idarə olunması üzrə əlavə imkanlar daxildir.
“Yüksək təhlükəsizlik tələbləri olan olduqca iri şirkətlər üçün şirkətin daxili serverlərində bütün infrastrukturun çevriməsi imkanı ilə xüsusi “On premise” təklifi hazırlanıb”, — “Mail.ru Group”-un ismarışında deyilir.
Samirə Məmmədova