“Minecraft” oyununda Fransa Prezidenti Emmanuel Makronun serveri açılıb.
Bu barədə məlumat “Twitter”də “Emmanuel Macron Avec vous” (hərfi tərcümədə “Emmanuel Makron sizinlə”) səhifəsində yer alıb.
Serverdə Yelisey sarayı və kiçik bir şəhərcik yaradılıb. Küçə divarlarında Makronun fotoşəkilləri, həmçinin apreldə Fransanın növbəti prezidenti üçün səsvermədə iştirak etməyə çağırışın olduğu plakatlar görünür.
Qeyd edək ki, Emmanuel Makron 2017-ci ildən Fransanın prezidentidir. Martın 3-də o, növbəti müddətə namizəd olmaq niyyətini açıqlayıb.
Oxu.Az