maliyye-nazirliyinin-selahiyyetlerinden-biri-legv-edildi

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edildi

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.

Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliklə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq hesabat almayacaq.

Əvvəl isə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq hüququna malik idi.