Rumıniyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yanında sabiq daimi nümayəndəsi olmuş Kornel Feruta bu təşkilatın baş direktorunun müvəqqəti səlahiyyətlərini icra edən şəxs kimi seçilib. İnsider.az-ın məlumatına görə, bu barədə MAQATE-nin saytında dərc edilmiş ismarışda deyilir.
Diplomat Kornel Feruta MAQATE-də 2000-ci ildən missiyasını yerinə yetirir. O, təşkilatın bu həftə vəfat etmiş rəhbəri Yukiya Amanonun ən yaxın köməkçisi idi.
Ferutanın MAQATE-yə müvəqqəti rəhbər seçkisi zamanı rəqibi təşkilat yanında Argentinanın daimi nümayəndəsi Rafael Qrossi olub.
MAQATE-nin yeni baş direktor seçimi prosedurunun yarım ildən çox çəkəcəyi gözlənilir.
Qeyd edək ki, MAQATE BMT sistemində müstəqil hökümtlərarası təşkilatdır. O, 1957-ci ildə yaradılmışdır.
Samirə Məmmədova