Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış 8 şirkəti koronavirus pandemiyası ilə əlaqədar martda dünya üzrə istehsalı 26 faiz aşağı salıb.
Ötən ay yapon istehsalçıları ümumilikdə 1 milyon 863 min avtomobil buraxıb, bu da ötənilki göstərici ilə müqayisədə 26 faiz azdır.
Yaponiyanın regionlarında istehsal 7 faiz azalaraq 791 min avtomobil təşkil edib. ABŞ-da isə 33 faiz azalaraq 205 minə bərabər olub.
Bildirilir ki, Çində istehsalçılar martın ortalarından işi bərpa etsələr də istehsal 210 min ədəd və ya 52 faiz aşağı düşüb. Fevralda isə azalma 86 faiz təşkil edib.
Həmin dövrdə “Toyota” şirkəti istehsalı 20 faiz, “Honda” 42 faiz, “Nissan” 41 faiz, “Suzuki” 22 faiz və “Mazda” 20 faiz azaldıb.
Eyni zamanda, yapon avtomobil şirkətlərinin dünyanın bir çox yerində zavodları bağladığını nəzərə alsaq, istehsalın apreldə də aşağı düşəcəyini əvvəlcədən deyə bilərik.
©️ Azərtac