Elektromobil istehalçısı Tesla şirkətinin rəhbəri Elon Mask vergi öhdəçiliklərini yerinə yetirmək üçün Tesla səhmlərinin satışlarına davam edir.
Mask daha 1 milyard dollarlıq Tesla səhmlərinin əlindən çıxarıb.
Elon Mask daha 1,01 milyard dollarlıq "Tesla Inc." səhmlərini satıb və beləcə elektrikli avtomobil istehsalçısındakı payının 10%-ni satmaq şəklindəki hədəfinə bir az da yaxınlaşıb.
Dünyanın ən zəngin adamı olan Mask daha 934 min ədəd səhmini əldən çıxarıb.
Bu satışlardan əldən edilən gəlir, Maskın 2,1 milyon ədəd opsiyon istifadəsindən ortaya çıxan vergi öhdəliyini yerinə yetirməsinə kömək olacaqdır.
Beləliklə Mask, 6 Noyabrda "Twitter"də Tesladakı səhmlərinin 10%-lik qisimini satıb satmamaq mövzusunda keçirdiyi sorğudan bu yana 10,9 milyard dollarlıq əhm satışı həyata keçirib.