mask-abs-ni-cinayetkarlar-ucun-siginacaq-adlandirib

Mask ABŞ-ni cinayətkarlar üçün sığınacaq adlandırıb

ABŞ-li iş adamı və milyarder İlon Mask bildirib ki, miqrasiya problemlərinə görə ABŞ cinayətkarların sığınacağına çevrilib. Bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini sərt tənqid edib.

“Şəxsiyyəti təsdiq edən sənədləri (istənilən ölkənin) atmaq, cənub sərhədini keçmək və “sığınacaq” tələb etməyin mümkünlüyü ABŞ-ni dünyanın ən təhlükəli cinayətkarlarının sığınacağına çevirib!” - deyə Mask bildirib.

Qeyd edək ki, daha əvvəl Mask ABŞ hakimiyyətini qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham etmişdi.

Oxu.Az