mask-trampin-twitter-hesabini-qaytaracaq

Mask Trampın “Twitter” hesabını qaytaracaq

Amerikalı iş adamı İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter” hesabını özünə qaytaracaq.

“Daimi qadağalar son dərəcədə nadir hallarda tətbiq olunmalı və botların, fırıldaqçıların və spamerlərin hesablarına şamil edilməlidir. Düşünürəm ki, Donald Trampı bloklamaq düzgün deyildi”, - Mask bildirib.

Trampın özünə gəlincə isə o, bir müddət əvvəl sosial şəbəkəyə qayıtmağı planlaşdırmadığını qeyd edib.

Oxu.Az