mdb-ile-bagli-protokolu-qeyd-sertle-tesdiqlendi

MDB ilə bağlı Protokolu qeyd-şərtlə təsdiqləndi

Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolu Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edib.

İnsider.az xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.