melumatlari-dusmene-oturmemek-ucun-feyk-cat-botu-teyin-eden-servis-yaradildi

Məlumatları düşmənə ötürməmək üçün feyk çat-botu təyin edən servis yaradıldı

Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi çat-botların sınaqdan keçirilməsi üçün prosesinə başlayıb.

Bu əməliyyatı “dovidka.info” saytından etmək mümkündür.

“Düşmən psevdo-botlar və ya ikili botlar yarada bilər ki, onlar vasitəsilə dezinformasiya yaya və ya məlumatlarınızı əldə edə bilər”, - deyə departament xəbərdarlıq edir.

Botçekerin köməyilə “Telegram”da düşmən texnikasının hərəkəti barədə məlumat verən botları yoxlamaq, fövqəladə hallarda necə hərəkət etmək barədə məsləhətlər almaq və s. mümkündür.

Çat-botu iki kliklə yoxlamaq olar:

Sayta giriş edilir;

Axtarışa yoxlanması lazım olan botun adı daxil edilir.

Əgər bot verilənlər bazasında yoxdursa, bu barədə kiberpolisə məlumat vermək olar.

Oxu.Az