menzille-teminat-ucun-pul-ayrildi-serencam

Mənzillə təminat üçün pul ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında"  Sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki, Sərəncama əsasən, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 min manat ayrılıb.