mesgulluq-ucun-6-illik-tedbirler-plani-tesdiq-edildi-serencam

Məşğulluq üçün 6 illik Tədbirlər Planı təsdiq edildi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki,  Sərəncam ilə, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. 

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.