meta-nin-geliri-28-6-milyard-dollar-artib

“Meta”nın gəliri 28,6 milyard dollar artıb

Amerikanın “Meta” korporasiyasının gəlirləri birinci rübdə illik müqayisədə 3% artıb.

Müvafiq məlumatlar korporasiyanın dərc etdiyi maliyyə hesabatlarında öz əksini tapıb.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində “Meta” 28,6 milyard dollar gəlir əldə edib.

Ötən ilin analoji dövründə korporasiyanın gəliri 27,9 milyard dollar olub, beləliklə, illik müqayisədə 3% artıb.

Şirkətin rübdə xalis mənfəəti 24% azalaraq, bir il əvvəlki 7,4 milyard dollarla müqayisədə 5,7 milyard dollar təşkil edib.

Bu ölçüdə şirkətin performansı daha böyük mənfəət azalmasını gözləyən analitiklərin gözləntilərini üstələyib.