meta-sirketi-rekord-meblegde-cerimelendi

"Meta" şirkəti rekord məbləğdə cərimələndi

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta Platforms” istifadəçi məlumatlarını ABŞ-a sızdırdığına görə Avropa Birliyi səlahiyyətliləri tərəfindən rekord məbləğdə - 1,3 milyard dollar cərimələnib.

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumat ötürülməsi pozuntularına görə  "Meta"nı 1,3 milyard dollar cərimələyib.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının qərarı nəticəsində "Meta" həmçinin 5 ay ərzində ABŞ-a istənilən şəxsi məlumat ötürülməsini dayandırmalı və 6 ay ərzində məlumatların işlənməsi fəaliyyətini komissiyanın qaydalarına uyğunlaşdırmalıdır.

Meta-nın mövzu ilə bağlı verdiyi açıqlamada qərarın "ədalətsiz" və "lazımsız" olduğu, "təhlükəli bir presedent" yaradacağı, qərara etiraz ediləcəyi qeyd edilib.

Qərar ABŞ hökumətini "Meta" və minlərlə transmilli şirkətlər üzərində nəzarəti artırmağa vadar edə bilər.

Facebook keçən il ABŞ serverlərində Avropa birliyi məlumatlarını emal edə bilməyəcəyi təqdirdə Avropada Facebook və Instagram-ı bağlamaqla hədələmişdi.

Marja