mey-britaniyanin-5g-mobil-elaqesinin-yaradilmasinda-huawei-in-istirakini-destekleyib

Mey Britaniyanın 5G mobil əlaqəsinin yaradılmasında “Huawei”-in iştirakını dəstəkləyib

Britaniya Vaşinqtonun iradəsinə qarşı çıxdı.  Belə ki, Krallığın baş naziri Britaniyanın 5G mobil əlaqəsinin yaradılmasında Çinin “Huawei” korporasiyasının iştirakını təsdiqləyib.

İnsider.az bu barədə “Daily Telegraph”-a istinadla yazır.

Məlumdur ki, daha əvvəl ABŞ öz müttəfiqlərini milli təhlükəsizlik üçün Çinin telekommunikasiya şirkəti tərəfindən mümkün olan təhlükə barədə xəbərdar edib. Xüsusilə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Böyük Britaniyaya “Huawei”-in Çinin xüsusi xidmət orqanları və silahlı qüvvələrindən maliyyələşdiyinə dair məlumatları ötürüb.

Bundan başqa, ABŞ və Avstraliya “Huawei”-i texniki casusluqda və dünyanın müxtəlif ölkələrində istifadə edilən avadanlıqları vasitəsilə məxfi məlumatların toplanmasında ittiham ediblər. Bununla belə, bəzi ekspertlər hesab edir ki, ABŞ sadəcə ticari müharibə çərçivəsində və texnoloji sektorda liderlik mübarizəsində Çinə təzyiq göstərir.

Samirə Məmmədova