Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə müraciət edib.
İnsider.az xəbər verir ki, M.Pənahov deyib ki, deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalıdırlar.
O bildirib ki, namizədlər imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.
M.Pənahov bildirib ki, vəzifəli şəxslərə və bələdiyyə üzvlərinə də xəbərdarlıq edib.
“Onlar namizəd üçün imzatoplamada iştirak edə bilməz. Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır”, - deyə M.Pənahov əlavə edib.