2018-ci ildə “Microsoft” təxminən 10 min müştəriyə onların kiberhücum təhlükəsi ilə üz-üzə olduğu və ya müxtəlif dövlətlər tərəfindən haker hücumlarına məruz qaldığı barədə məlumat verib. Bu haqda ABŞ korporasiyasının saytında məlumat verilib.
İnsider.az xəbər verir ki, bu hücumların təxminən 84%-i şirkət, 16%-i isə istifadəçilərin fərdi hesablarına qarşı həyata keçirilib.
“Microsoft”un iddiasına görə, haker hücumları Rusiya, İran və Şimali Koreyadan həyata keçirilib. Korporasiya kiberməkanda təcavüzkar fəaliyyətə görə Rusiyanın “Yttrium” və “Strontium” (digər adları – “Fancy Bear”, “APT28”), İranın “Holmium” və “Mercury” və Şimali Koreyanın “Thallium” qruplarının məsuliyyət daşıdığını bildirib.
“Microsoft” korporasiyası partiya komitələri daxil olmaqla, federal və yerli siyasi dairələrə, həmçinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına xidmət göstərən “AccountGuard” xidməti vasitəsilə təxmin edilən haker hücumları haqqında 781 xəbərdarlıq izləməyə müvəffəq olub.