“Microsoft” süni intellektin inkişafı üzrə “OpenAI” təşkilatına 1 milyard dollar investisiya ayırmağı planlaşdırdığını bildirib. İnsider.az bunu “VentureBeat”-ə istinadla xəbər verir.
Şirkətlər “Microsoft Azure” bulud platforması əsasında süni intellekt texnologiyalarını birgə inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün razılığa gəliblər.
Sövdələşmə şərtlərinə görə, korporasiya “OpenAI”-nin bəzi texnologiyaları əsasında olan məhsullarını sata, təşkilat isə “Azure” buludunu öz süni intellekt modellərinin test edilməsi üçün istifadə edə biləcək.
Qeyd edək ki, “OpenAI”-nin həmtəsisçisi Qreq Brokman şirkətə bu partnyorluğun o cümlədən hesablama qurğularının çatışmazlığı səbəbindən lazım olduğunu söylədi. Şirkətin məlumatına görə, 2012-ci ildən 2018-ci ilədək süni intellekt modellərinin işə salınması üçün lazımlı hesablamaların sayı 300 dəfədən çox artıb.
Samirə Məmmədova