microsoft-da-30-il-calisan-menecer-sirketi-terk-etdi

“Microsoft”da 30 il çalışan menecer şirkəti tərk etdi

“Windows”un vitse-prezidenti Kevin Qallo korporasiyada 30 il işlədikdən sonra “Microsoft”dan ayrıldığını bəyan edib.

O, dünyanın ən böyük İT korporasiyalarından birindən ayrılmasının səbəbini açıqlamasa da, müəllimliklə məşğul ola biləcəyinə eyham vurub.

“Gənclərlə və yeniyetmələrlə könüllü işim mənim üçün həmişə vacib olub, ona görə də bu fəaliyyətlə yaxından məşğul olmağı planlaşdırıram. Mən hətta təhsil sahəsinə baş vurub müəllimliyə başlayacağımı da istisna etmirəm. Və əlbəttə ki, “Mac”a (“Apple” - red) keçməyi planlaşdırmıram - bu, artıq olardı”, – Qallo vurğulayıb.

Qeyd edək ki, mütəxəssis uzun illər “Windows” bölməsində inkişaf departamentlərinə rəhbərlik edirdi.