Microsoft-un son aylarda, sosial şəbəkə platforması olan Pinterest-i satın almaq üçün cəhd etdiyi bildirilir.
Microsoft, ötən aylarda vizual paylaşma üzrə sosial media platforması olan Pinterest-i satın almaq cəhdini edib.
FT-in xəbərinə görə, Pinterest müstəqil bir şirkət olaraq qalmağı seçməsi səbəbilə, Microsoft və Pinterest arasındakı satınalma danışıqları yekunlaşmayıb.
Xəbərdə, Microsoft-un söz mövzusu satınalma strategiyası ilə, aktiv onlayn istifadəçiləri bulud platformasında uyğunlaşdırmağı hədəflədiyi bildirilib.
Microsoft 2016-da 26,2 milyard dollara LinkedIni satın almışdır.
Pinterest, son üç ayda səhmlərində 36%-lik artımla, təxminən 50 milyard dollarlıq bir bazar dəyərinə çatıb. Pinterestin səhmləri son 12 ayda isə 239% bahalaşıb.
Pinterest keçən həftə, 2020-ci ildə tətbiqin 100 milyon yeni istifadəçi qazandığını və şirkətin ildən ilə rüblük gəlirində 76%-lik bir artım qeyd etdiyini açıqlayıb.