microsoft-dan-suni-intellektle-bagli-yenilik

"Microsoft"dan süni intellektlə bağlı yenilik

"Microsoft" şirkəti "Copilot+PC" adlı süni intellektlə işləyən "Windows" əməliyyat sistemli fərdi tipli kompüterini təqdim edib.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, "Copilot+PC" indiyə qədər yaradılmış ən sürətli və ən ağıllı "Windows" kompüteridir. O, süni intellekt tapşırıqlarını yerinə yetirərkən 40 TOPS (bir saniyədə trilyon əməliyyat) performans təklif edən yeni prosessorla təchiz edilib.

Şirkət, həmçinin qeyd edir ki, yeni kompüter bütün günü akkumulyatorla işləyə bilər və ən qabaqcıl süni intellekt modellərinə malikdir.

"Microsoft" şirkətindən süni intellektin əlavə xüsusiyyətlər haqqında təfərrüatı açıqlayıb. Onlardan bəzilərini təqdim edilirik.

"Recall" - bu funksiya kompüteri "fotoqrafik yaddaş"la təmin edir. Sistemin daxili axtarış sistemi cihazda yeri unudulan faylları hansı qovluqda olduğunu və ya itən elektron məktubları tapmağa imkan verir.

"Cocreator" - mətnlə təsvir yaratma vasitəsidir.

"Restyle Image" - bu xüsusiyyət şəkillərin yaradılması və fotoşəkillərin redaktəsini birləşdirir. Əvvəlcədən təyin edilmiş üslublar arxa planı, ön planı və ya bütün təsviri dəyişdirmək üçün istifadə edilə bilər.

"Live Captions" - canlı altyazılar sinxron tərcüməni dəstəkləyir və kompüterdən keçən istənilən audionu (40 dildə) real vaxtda ingiliscə subtitrlərə çevirə bilər.

Oxu.Az