“Microsoft” 2020-ci ilin ilk yarısında iki ekranlı yeni “Surface” cihazını buraxmağı planlaşdırır. İnsider.az bu barədə “Forbes”-a istinadla xəbər verir.
Şirkətin məlumatına görə, qatlanan “Surface”-in tərəflərinin 4:3 mütənasibliyi ilə iki 9-düymlük ekranı olacaq. Cihaz iki ekranlı noutbuk-planşetləri və ucuz “Chromebook” rəqib noutbukları üçün “rahatlaşdırılmış” “Windows” versiyası olan “Microsoft Windows Core OS” (WCOS) əməliyyat sistemində çalışacaq.
Həmçinin cihaz “iCloud”-u və “Android” üzərində olan tətbiqləri dəstəkləyəcək. “The Verge” yazır ki, “Android”-tətbiqlərini əlavə etmək üçün “Microsoft” ayrıca tətbiqlər mağazası yaratmalı və tərtibatçıları “Google Play” xidmətlərinə giriş olmadan işləmək üçün öz məhsuluna dəyişiliklər etməyi inandırmalıdır.
Bundan başqa, yeni “Surface”-lər “LTE” və ya “5G” qoşulma imkanı olan 10-nanometrlik “Intel” prosessorlarını istifadə edəcək.
Qeyd edək ki, “Microsoft”-dan “Forbes”-a hələ buraxılmamış məhsullarını şərh etmədikləri deyilib.
Samirə Məmmədova