“Microsoft” şirkəti klaviatura vasitəsilə kursorun idarə edilməsini mümkün edərək, “Paint” qrafik redaktorunu yeniləyib.
İnsider.az bu barədə “Mspoweruser”-ə istinadla xəbər verir.
Beləliklə, kompüter mausu bundan sonra klavişin basılması ilə əvəz oluna bilər. Belə ki, kursorun yerini dəyişmək üçün üzərində oxlar olan bloka basmaq lazımdır, rəsm çəkmək üçün isə boşluq klavişini istifadə olunur. İş pəncərəsinin yer dəyişməsi Ctrl düyməsi vasitəsilə icra olunur.
Qrafik redaktorun yeni funksiyası “Windows 10” əməliyyat sisteminin may ayı yenilənməsində peyda olub. Hal-hazırda o, ancaq test mərhələsindədir, tam relizini isə ayın sonuna kimi gözləmək lazımdır.
Samirə Məmməddova