microsoft-rusiya-erazisinden-windows-u-yuklemeyi-qadagan-etdi

“Microsoft” Rusiya ərazisindən “Windows”u yükləməyi qadağan etdi

ABŞ-ın “Microsoft” korporasiyası Rusiya Federasiyasından olan istifadəçilərə öz rəsmi saytından “Windows” 10 və 11 əməliyyat sistemlərini yükləməyi qadağan edib.

Belə ki, Rusiya ərazisindən adıçəkilən əməliyyat sistemlərini yükləməyə cəhd etdikdə Amerika şirkətinin saytında “Sorğunuzla bağlı problem yarandı” mesajı ekrana çıxır.

Həmçinin, Rusiyadan olan istifadəçilər  əməliyyat sisteminin quraşdırılma köməkçisi olan “Media Creation Tool” yardım proqramını da yükləyə bilmirlər.