“Microsoft” şirkəti sistemin versiyasını səhvən ictimai açıq testetməyə göndərərək təsadüfən yeni Start menyusunun necə göründüyünü göstərib.
Nəticədə istifadəçilər yeni dizaynı aşkar ediblər. Onun şəkli “Twitter”-da “@NTAuthority” səhifəsində yerəşdirilib.
İstəyi olanlar “Insider Preview” proqramı çərçivəsində “Windows10”-un yenilənmələrini onların relizinə kifayət qədər müddət qalmış test edə bilər. Özü də bu testetməyə istənilən şəxs sistemin ayarlarından qoşula bilər.
Lakin 18947-yığımı ancaq şirkət üçün nəzərdə tutulmuşdu və test edənə qəsdlə göndərilməmişdi.
Yeni Start dizaynında firma plitkaları yoxdur, siyahıdakı ikonkalar nəzərə çarpacaq qədər böyüyüb və hər cərgədə onlardan bir neçəsi yerləşib.
Qeyd edək ki, Start menyusunun bu versiyası testetmənin ən erkən mərhələsindən keçir və yeni əməliyyat sisteminə gələcəkdə əlavə edilib-edilməyəcəyi məlum deyil.
Samirə Məmmədova